İmam Hüseynin(ə) Kərbəlaya hansı yollarla gəldiyi araşdırılır
Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi İmam Hüseyn (ə) və Əhli-Beytinin (ə) Kərbəlaya gəlməsi yollarının izlənməsinin dördüncü mərhələsinin başlandığını elan edib.
İmam Hüseynin (ə) şəhadətinin il dönümündə (2017-ci ilin oktyabr) başlanılacaq bu mərhələdə şəhid İmamın (ə) Kərbəlaya gəlişi yolları İraqın daxilində izlənilməsinə başlanacaq.
"Bu axtarış səfəri qrupuna müxtəlif elm sahələrindən 30 professor da qatılacaq", - deyə mərkəzin rəhbəri Əbdül Əmir Əl-Qureyşi bildirib.
O, həmçinin bildirib ki, mərkəz yaxın vaxtlarda İmam Hüseynin (ə) Kərbəlaya gəlişi yollarının əsl tarixini açıqlayacaq.