İmam Sadiq (ə) dostlarından biri olan Abdullah ibni Sənana buyurur: “Qeyb zamanında ki, əlin İmama (ə.f) çatmayacaqdır, bəzən zehnində İmam barəsində şübhələr olacaqdır.
Mən bir dua öyrədəcəyəm ki, əgər bu duanı oxusanız, bu şübhələr sizə təsir etməyəcəkdir.
Bu dua – “əl-Ğəriq” duasıdır. Yəni, hər kim bu duanı oxuyar, o kəs kimi olar ki, suya düşmüş və qərq olmaqdadır və istəyir ki, kimsə əlindən tutsun.
Dua iki cümlədir. Birinci cümlə: Allahın müqəddəs adlarıdır: “Ya Allahu, ya Rahmənu, ya Rahim”.
İkinci cümlə: “Səbbit qalbi alə dinik” – “Allahım əlimdən tut və qəlbimi dinin üçün sabit et ki, bu şübhələr mənə təsir etməsin.
Abdullah deyir: “Ya Muqəllibəl-qulub vəl-Əbsar, səbbit qalbi alə dinik”.
İmam (ə) buyurdu:
Ya Allahu, ya Rəhmanu, ya Rahim
يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
Ya muqallibəl-qulub
يَا مُقَلِّبَ ٱلْقُلُوبِ
"Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir".
Səbbit qalbi alə dinikə
ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ
"Qəlbimi Sənin dinində möhkəm et".
Üzünü mənə çevirib buyurdu: “Bu, doğrudur ki, Allah – “Muqəllibəl-qulub vəl-Əbsar”dır, ancaq mən dediyim cümlələri de. Özündən heç nə əlavə etmə. “Əbsar” sözünü bu duaya qoyma”.
Bu dua etiqadi nəzərdən çox təsirli duadır. Hər kim İmamla (ə.f) bağlı, etiqad və imanla bağlı şübhələrdən xilas olmaq istəyirsə, bu duanı oxusun.
Hər gün bu duanı oxuyaraq, qəlbimizi İmam Zaman ağanın (ə.f) sevgisi ilə dolduraq.