Hz. Həsənin (ə.s) tam adı, şəcərəsi ilə birlikdə Həsən ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşidir.
O, Əhli-Beyt nəslinin davamçılarının iki böyüyündən biri, Peyğəmbərimizdən (s.ə.v) sonra gələn Əhli-Beyt imamlarının ikincisi, Peyğəmbərin (s.ə.v) ən çox sevdiyi nəvələrindən biridir. Allah Rəsulunun ifadəsi ilə “Peyğəmbərin reyhanəsi” (gözəl qoxulu çiçəyi), Hz. Əli ilə Hz. Fatimənin ən böyük oğlu, cənnət gənclərinin böyüyü, Peyğəmbərin (s.ə.a) nəslini davam etdirən iki şəxsdən biridir.
Hz. Həsən (ə.s), Rəsulullahın (s.ə.v) Nəcran xristiyanlarının önündə iftixar etdiyi dörd nəfərdən biridir.
O, Uca Allahın günahlardan qoruyaraq tər-təmiz etdiyi şəxslərdən və hətta Allahın insanlara Onu sevmələrini əmr etdiyi imamdır.
Hz. Həsən (ə.s), arxasından gedənlərin qurtulduğu, ondan ayrılanların isə haqq yolundan azdıqları iki böyük əmanətdən biridir.