Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

HİCAB xoşbəxtlik gətirər


Hicab - Allahın əmridir. Hicab hər bir müsəlman xanıma vacibdir. Bəzi valideynlər qızlarının hicaba keçməsinə icazə vermirlər.

Amma onlar bilmirlər ki, bu, onların övladlarının həyatını çətinləşdirir. Çünki, hicab xanımın həya və iffətini qoruyandır. Bəzi valideyinlər fikirləşir ki, qızım hicaba keçsə, onun azadlığı əlindən alınacaq.

Hicab qadının azadlıq hüququnu əlindən almır və fəaliyyətinə məhdudiyyət qoymur. İslam dini qədər heç bir təlim qadına dəyər, əhəmiyyət və hüquq azadlığı verməmişdir.

Qadınlar zərif və incə məxluq olduqlarından və incidilməyə daha tez məruz qaldıqlarından Allah Təala onun ləyaqətini məhz hicabla qorunmasını layiq bilib və bu hökmü vermişdir.

Hicablı qadın qədər heç bir qadın həqiqi azadlıq nemətindən faydalana bilməyib və bilməyəcəkdir.

Hicab qadının xoşbəxtliyini, ailənin namusunu və cəmiyyətin paklığını təmin etməklə yanaşı, Allah Təalanın qərar verdiyi, Qurani-Kərimində qeyd etdiyi, Peyğəmbər (s) və Əhli-beytin (ə) təkid etdiyi dini əmr və şəri hökmdür.




Rəylər




Rəy bildir