Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Evdə səmimiyyət və şadlığı yaratmaq üçün nümunəvi düstur


Gəlin çalışaq evlərimizi səfa və səmiyyətlə dolu bir evə çevirək. Həzrət Zəhra (s.ə) ilə Əmirəl-möminin (ə) evi bu cür idi. Hədislərdə gəlir ki, bəzən yeməyi aparar və Əmirəl-mömininin (ə) bağında yeyərdilər.

Bir-biri ilə zarafat edərdilər, xoş və sevincli idilər. Bir-birinə çox hörmət edərdilər. Həm özlərinə və həm də övladlarına.

O zaman ki, Həzrət Peyğəmbər (s) İmam Əlidən (ə) soruşur ki, Həzrət Zəhranı (s.ə) necə gördün? Əziz İmam (ə) cavabında buyurur: “Zəhra (s.ə) – Allah bəndəliyində köməkdir”.

Yəni, ər ilə arvad bir-birini behiştlik edə bilər. İndi bəzi ailələrdə deyirlər ki, biz ata evində olanda hicaba malik idik. Ancaq ailə qurandan sonra ərimiz bizdən istəyir ki, bayıra bədhicab çıxaq.

Ata evində olanda naməhrəm ilə danışmır və zarafat etmirdik. Ancaq ərimiz deyir ki, evə qonaq gələn zaman onu qarşılayın. Naməhrəmlə danışın və ünsiyyət saxlayın.

İmam Əli (ə) buyurur: “Mən nə zaman evə getsə idim, Zəhra (s.ə) qəlbimdə olan bütün qəmi aradan aparardı”. Görünür ki, Xanım (s.ə) evdə çox şad imiş.

O, atasının vəfatından sonra 75 gün qəlbi yaralı olur və ağlayır. Ancaq bütün ömrü boyu ən şad insan olur.

İmam Əli (ə) buyurur: “Həzrət Zəhra (s.ə) bütün ömrü boyu ki, birlikdə idik, bir dəfə də olsun məni narahat etməmişdir, ya da qəlbimi sındırmamışdır. Mən də bu işi görməmişdim”.

Əllamə Təbatəbai 40 il evli olur və həyat yoldaşı öləndən sonra çox ağlayır. Ona deyirlər ki, ağacan, axı siz – filosof, arif və fəqihsiniz. Bilirsiniz ki, ölüm haqdır.

Əllamə cavabında buyurur: “Mənim bu ağlamağım qətiyyən Allaha etiraz deyildir. Mən ona görə ağlayıram ki, bu vəfalı və mehriban qadın 40 il ərzində qəlbimi sındırmamışdır. Əgər mən bir yerə çatmışamsa – ona görədir ki, o mənim arxamda olmuşdur.

“Təfsiri-mizan”ın üzərində mənim adımdır. Ancaq bu təfsiri iki nəfər yazmışdır. Bu təfisiri yazan zaman hər iki saatdan bir mənə çay gətirərdi və səs salmazdı ki, diqqətim dağılmasın.

İki saatdan sonra yenə çay gətirər və o biri sinini yavaşca götürərdi ki, səs olmasın. O zaman ki, bu mehribanlığını xatırlayıram, taqət gətirə bilmirəm”.

Əllamə üç il hər gün həyat yoldaşının qəbrinin üstünə gedir və orada saatlarla əyləşərdi. Sonra ürək xəstəliyi tutdu ki, bu səbəbdən gedə bilmədi. Ayaqları ona icazə verənə qədər o, həyat yoldaşının qəbrinin üstünə getdi.

Bu səmimiyyət ancaq Həzrət Zəhra (s.ə) ilə Əmirəl-mömininə (ə) aid deyildi. Hər kəs ailəsində bu cür mehribanlıq və səmimiyyəti yarada bilər.

Kİfayət edər ki, hər iki tərəf buna çalışsın.




Rəylər




Rəy bildir