Qonşularla yaxşı rəftar etmək – ancaq sağında və solunda olan qonşulara aid edilməz və eyni zamanda əziyyət verməklə də kifayətlənməz.
Salam verməkdən tutmuş, halını soruşmaq, gedib-gəlmək, ziyarət etmək, infaq etmək, sədəqə vermək, ehtiyacını aradan qaldırmaq, həmdərd olmaq – bunlar o haqlardandır ki, hər bir qonşunun boynundadır.
Ancaq başqalarının mülayimliyindən sui-istifadə etmək lazım deyildir. Onların alicənablığını zəiflik kimi qəbul etmək lazım deyildir.
İmam Əli (ə) buyurur: “Qonşulara əl tutmaq – alicənablıqdandır”.
İmam Baqir (ə) buyurur: “Bizim davamçılarımızın nişanələri – yoxsul qonşulara, borclulara və yetimlərə əl tutmaqdır”.
İnsan evində necə rahat yata bilər o halda ki, qonşusunda çörək tapmayanlar, yetimlər və ehtiyacı olanlar vardır?
Həzrət Peyğəmbər (s) ona görə buyurmuşdur: “Hər kim tox yatar, o halda ki, müsəlman qonşusu ac olar – mənə iman gətirməmişdir”.
Əgər hər kəs qonşu haqqını və həddini bilsə, o zaman cəmiyyətdə yoxsul və ehtiyacı olan kimsə qalmaz.
Şeyx Abbas Quminin nəzərinə görə, qonşu haqqı ancaq o demək deyildir ki, ona ziyan vurmayasan. Bəlkə həm də odur ki, qonşunun əziyyətinə dözəsən.
Ona görə də bu ağır iqtisadi zamanda imkanı olan möminlərin boynundadır ki, qonşularına əl tutsunlar və onların ehtiyaclarını aradan qaldırsınlar.
Qonşu haqqını əda etsinlər ki, bu, salam verməkdən tutmuş, onlarla həmdərd olmağa qədər davam edən haqdır.