Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Həzrət Əbülfəzl Abbasın (ə) Kəbənin damındakı xütbəsi


Elə bir qövmü qorxudursuz ki, uşaqlıqdan ölümlə oynayırlar, görün böyüyəndə necədirlər

Hicri-Qəməri tarixin 60-cı ilində Həcc mərasimi vaxtı hacılar Beytullahdan Ərəfat düzünə hərəkətə başlayan zaman Yezid ibn Muaviyə (l.ə.) silahlarını ehramın altında gizlətmiş adamlar göndərmişdi ki, Hüseyn ibn Əlini(ə) orada qətlə yetirsinlər.

O məqamda "Qəməri- bəni Haşim" ləqəbli (Haşimilərin ayı - çox gözəl olduğu üçün ona bu ad verilmişdi) Əbülfəzl Abbas ibn Əli(ə) imam Hüseynin icazəsi ilə Kəbənin damına çıxdı və bəni Üməyyəyə (Əməvilərə) xitabən bu xütbəni oxudu:


Rəhman və Rəhim Allahın adı ilə


Pərəstiş Allahadır ki, bu evi(Kəbəni) onun atasının qədəmləri ilə şərəfləndirib, bir yer ki dünən onun üçün ev idi bu gün qiblə edib.


Ey günahkar kafirlər... Evin(Kəbənin) yolunu xeyirxahların İmamına bağlayırsınız ?


Kim bu evə ondan daha layiqdir? Kim bu evə ondan daha yaxındır?


Əgər Allahın hikməti və yüksək səviyyəli israrı aşkar və xalqın imtahanı üçün olmasaydı, hər dəfə O(Hüseyn) təvafa gəlməzdən öncə Kəbə evi ona tərəf uçardı.


Həqiqətən xalq Həcəruləsvədi salamlayırlar, Həcəruləsvəd isə onun(Hüseynin) əlini salamlayır.


Əgər Mövlamın(Hüseynin) istəyi və iradəsi rəhimli Allahın istəyindən qaynaqlanmasaydı hər dəfə qəzəblənmiş şikarçının uçmaqda olan quşlara hücum etdiyi kimi sizə hücum edərdim.


Elə bir qövmü qorxudursuz ki, uşaqlıqdan ölümlə oynayırlar, görün böyüyəndə necədirlər.


Canlıların yerinə öz canımı verər və ən əziz adamlarımı Ağam üçün qurban edərdim.


Heyhat… diqqətlə baxın və görün kim şərabxordur və kim Kövsər hovuzunun sahibidir?


Kimin evində məst xanəndələr var və kimin evində vəhy və qurandır?


Kimin evində eyş-işrət və kimin evində İlahi paklıq və nişanələrdir?

Siz səhv edərək yolunuzu elə azmısınız ki, vaxtilə Qureyş də bunu etmişdi. Onların istəyi Allahın Rəsulunu(s) öldürmək idi və siz də Peyğəmbərimizin qızının övladını öldürmək istəyirsiniz.


Əmirəlmöminin(ə) yaşadığı zamanca (Peyğəmbəri öldürmək) onlar üçün mümkün deyildi, bəs sizin üçün Əba Əbdullah Hüseyni(ə) öldürmək necə mümkün ola bilər axı, bir haldakı mən yaşayıram?


Gəlin sizə onun yolunu başa salım, məni öldürməyə qədəmlər atın, mənim boynumu vurun ki muradınız hasil olsun.


Allah sizi məqsədinizə çatdırmasın, ömrünüzü və övladlarınızı kiçiltsin, Allahın lənəti sizə(bəni üməyyəyə) və əcdadlarınıza olsun. "




Rəylər




Rəy bildir