Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Bəqi İmamlarının (ə) nuru, qəbirləri dağıtmaqla sönməz


Elmi hövzənin rəhbərlərindən olan hüccətül-İslam vəl-müslimin Cəfər Hüseyni Bəqi qəbiristanlığının dağıldılma günü ilə əlaqədar olaraq, demişdir: “Radikal ifratçılar təəsübkeş insandırlar ki, İslam dinini müdafiə etmək yalanı ilə başqalarının müqəddəslərinə hörmətsizlik edilməsinə rəvac verirlər. 

Demək lazımdır ki, onlar müsəlmanlar arasında fitnə yaratmağın həqiqi amilləridirlər. İslam - vəhdət, sevgi və sülh dinidir və bu ekstremistlərlə heç bir rabitəsi yoxdur.

Düşmən, müsəlmanlar arasında fitnə yaratmaq fikrindədir. Hər bir kəs hansı məzhəbdən, millətdən olmağına baxmayaraq, cəmiyyətdə təfriqə yaradarsa, düşmənlərin istəyini yerinə yetirmiş olar. 

Vəhabilər də Məsum İmamların (ə) qəbirlərini dağıdırlar. Özlərini müsəlman adlandıran bu radikallar sionistlərlə bağlı olduqları üçün Məsum İmamların (ə) vəsiyyət etdikləri müsəlman vəhdətinə dözə bilmirlər. 

Məsumlar (ə) insanlara buyururdular ki, zülm etməsinlər və zülmə tabe olmasınlar. Daima məzlumları himayə etsinlər və onların haqlarını zalımlardan alsınlar. 

Zalımlara qarşı möhkəm və mətanətli olsunlar. Bizim dinimiz yaxşılıqlar və dəyərlər dinidir. Belə ki, biz də Məsum İmamların (ə) və böyük İslam dininin dəyərlərini bəyan edərək, dünyanı həqiqətlərlə tanış edirik”.









Rəylər




Rəy bildir