Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Quran Peyğəmbərin (s) Əhli-beytinə (ə) xüsusi əhəmiyyət verir


Sual: Quranda Allah-taalanın Peyğəmbərin (s) Əhli-beytinə (ə) xüsusi diqqətini göstərən ayə vardırmı?

Cavab: Quran ayələrinə müraciət etməklə aydın olur ki, Peyğəmbərin (s) övladları Allahın xüsusi inayət və mərhəmətinə layiq görülmüş və buna görə də onlar nübuvvət, imamət və canişinlik məqamına seçilmişlər. Burada o ayələrdən bəzisini qeyd edirik:

1. Rəsuli-Əkrəm (s) peyğəmbərliyinin ilk günlərində Allah tərəfindən fərman almışdı ki, təbliğini ən yaxın qohum-əqrəbalarından başlasın:



“Ən yaxın qohum-əqrəbanı qorxut və xəbərdarlıq et!” 

2. Mütəal Allah təkvini cəhətdən Peyğəmbər (s) Əhli-beytinin (ə) hər növ (zahiri və batini) aludəliklərdən pak-pakizə olmasını istəmişdir:



“Həqiqətən Allah istəmişdir ki, yalnız siz Əhli-beytdən (ə) zahiri və batini çirkinlikləri aparıb sizi pak pakizə qərar versin.” 

3. Allah-taala Peyğəmbərin (s) Əhli-beytinə (ə) elə yüksək qabiliyyət vermişdir ki, onlar mübahilə (nifrin etmə) mərasimində iştirak edə bilərdilər:



“Əgər (Məsih barəsində) sənə gələn elm və agahlıqdan sonra (yenə də) müəyyən şəxslər səninlə münaqişəyə başlasalar, onlara de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.” 

4. Allah-taala Öz Rəsuluna xitab edərək buyurur: "Camaata de ki, mən sizdən ən yaxın qohum-əqrəbama qarşı məhəbbətdən başqa heç bir şey istəmirəm":



“De: Mən öz risalətim müqabilində sizdən ən yaxın adamlarıma (Əhli-beytimə) məhəbbətdən başqa heç bir şey istəmirəm.” 

5. Həmçinin, Peyğəmbərə əmr edilir ki, namaz barəsində öz Əhli-beytinə xüsusi tövsiyələr versin:



“Öz ailəni namaza əmr et və bu iş qarşısında səbirli ol” 

1. “Şuəra” surəsi, ayə: 214.

2. “Əhzab” surəsi, ayə: 33. 

3. “Ali-İmran” surəsi, ayə: 61.

4. “Şura” surəsi, ayə: 23. 

5. “Taha”, surəsi, ayə: 132.

6. Əli Əsğər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, 1-ci cild, səh. 148.




Rəylər




Rəy bildir