Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Nuhun (ə) Əhli-beytə (ə) Təvəssül etməsi


“Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.”(Qəmər Surəsi, 13) Elm adamları HəzrətNuhun (ə) gəmisinə aid qalıqları tapdıqlarında içlərində Həzrət Nuhua (ə)aid olduğu müəyyən olunan bəzi kitabələrə rast gəlindi. Kitabədə Həzrət Nuhun (ə)Peyğəmbərimiz və Əhli-beytinə (ə) təvəssül etdiyi yazılı idi...

Həzrət Peyğəmbər (s) belə buyurur: “Allah-Təala, Nuh qövmünü həlak etməyi iradə etdiyi zaman Nuha böyük bir gəmidüzəltməsini əmr etdi. Cəbrayılda gəminin istehsalı üçün mismarlarla ona köməyə gəldi. Mismar yığınlarının içində xüsusi bir parlaqlığı olan beş mismarın xüsusi bir yeri vardı. Onların hər birinin üzərinə müqəddəs adlar olan Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn adları işlənmişdi.”
Həzrət Nuh (ə) onlardan hansını qaldırsa gecə qaranlığında ulduz kimi parlayırdı. Beşinci mismarı qaldırdığında mismar parlamasıyla birlikdə göz yaşı axmağa başladı. Nuh (ə) Cəbrayıla “Bu mismar və göz yaşı nədir?” deyə soruşdu. Həzrət Cəbrayıl (ə) “Bu Hüseyn ibni Əlinin mismarıdır.” Dedi. Həzrət Nuh (ə), o mismarların hər birini gəminin bir tərəfinə vurdu. Həzrət Peyğəmbər (s) belə buyurur: “Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.” (Qəmər Surəsi, Ayə 13.) Ayədə qeyd olunan "Əlvah" kəlməsindən qəsd gəminin taxtalarıdır, "dusur"dən qəsd isə bizik. Əgər biz olmasaydıq gəmi hərəkət etməzdi."
Sovetlər Birliyi Arkeologlarının Həzrət Nuhun (ə) Gəmisiylə Əlaqədar Hesabatı.
Elm adamları Həzrət Nuhun (ə) gəmisinə aid qalıqları tapdıqlarında içlərində Həzrət Nuha (ə) aid olduğu müəyyən olunan bəzi kitabələrə rast gəlindi. Bu kitabələr köhnə dillərə aid olduğu üçün başa düşülməsi olduqca çətin idi. Kitabələrin nə mənanı verdiyini anlamaq üçün Sovetlər Birliyi Arxeologiya Ümumi İdarə təşkilatı, Rus və Çinli arkeoloq, dil alim və grafologlardan ibarət olan 7nəfəri əhatə edən mütəxəssis bir qrup qurdu. Mütəxəssislər qrupuna bu kəslər daxil idi:
1- Professor Sula Nouf, Moskva Universitetində köhnə dillər professoru.
2- İfahan Khnyo, Çin Lolohan College Universiteti təhsil vəzifəlilərindən və dilçi alim.
3- Mishanin Loferenk, Sovetlər Birliyi Tarixi Əsərlər Başçısı.
4- Tanmol Gorf, Kivzo College Universiteti dil ustadı.
5- Professor Day Rakhn, Lenin Akademiya elmləri arxeologiya ustadı.
6- İm Əhməd Kolad, Sovetlər Birliyi Tədqiq, kəşf və Axtarış üzrə Ümumi Başçısı.
7- Major Kolotov, Stalin Universiteti Rektoru.
Bu heyət 8 aylıq bir araşdırma və tədqiqin ardından Sovetlər Birliyi Arkeoloqlarına aşağıdakı bu hesabatı təqdim etdi:
1- Bu taxta kitabədə, əvvəlki qazıntı işlərində əldə edilən taxtalarla eynidir. Hamısı Nuhun gəmisinə aid parçalardır. Ancaq bir fərqlə ki bu kitabə əvvəlkilər kimi çürüməmiş və kitabələr oxuna biləcək qədər diqqətə çarpan və açıqdır. Bu kitabədəki yazı "Samanı" və ya "Sami" dilinə aiddir kihəqiqətdə dillərin anası olan Sam ibni Nuhun dilinə aiddir.
2- Kitabədəki bu hərf və sözlərin mənası belədir: Həzrət Nuhun (ə) təvəssül etdiyi 5 adam və bu beş adamın adları gəmiyə bu şəkildə işlənmişdir: "Ey mənim Allahım! Ey mənim köməkçim!Mərhəmət və kərəminlə mənə kömək et. Müqəddəs şəxslər olan Muhəmməd, Elə (Əli), Şeber, (Həsən), Şubeyr (Hüseyn) və Fatimənin xatirinə. Bu beş adam, hər kəsdən daha əzəmətli və ehtiramı vacib olan kəslərdir. Onların hamısı böyük və qiymətlidir. Dünya onlara hörmətinə xatir qurulmuşdur. Onların adlarının hörmətinə mənə kömək et. Yalnız sən məni doğru yola çatdıra bilərsən."
Sonradan İngilis elm adamı, Mencester universiteti dillər ustadı Mr. İnef Maks bu duanı Ruscadan İngiliscəyə bu şəkildə tərcümə etmişdir: O. my god my helper, keep my hand with merey and with your holy bodies: mohamad, əliyə, shabbar, shabbir, fatema. they biggests and honourables. the world established for them. help me by their names. you can refrm to right.
Bu dua daha sonra aşağıdakı jurnal və qəzetlərdə nəşr olunmuşdur:
28 dekabr 1953-cü ildə Weekly Mirror jurnalında.
31 Mart 1954-cü ildə Qahirədə nəşr olunan əl-Xuda qəzetində.
Yanvar 1954-cü ildə Londonda çap olunan "Starof bardanıya" aylıq jurnalında.
1954-cü ildə Londonda nəşr olunan "Ulduz İngilis" jurnalında.
1954-cü ildə Manchesterdə nəşr olunan Təqdim et light qəzetində.
Daha sonra Pakistanın "Əhli Hədis" qəzetinin ümumi nəşr rejissoru Pakistanlı məşhur elm adamı və muhaddis Seyid Mahmud Gilani, bu kitabəni Urducaya tərcümə edərək "Elə (Əli), Dünya Dinlərinin Qurtuluş Mərkəzidir" adlı kitabda nəşr etdi. Bu məşhur elm adamı araşdırma və araşdırmalarının ardından Əhli sünnə məzhəbini tərk edərək Əhli-beyt (ə) məktəbinə keçərək Şiə olmuşdur.
Qeyd: Həzrət Nuhun (ə) duasını ehtiva edən bu kitabə hal-hazırda "Roma"da Vatikanın Muzeyində saxlanılır.


(şəkildə gördüyünüz işarə və yazılar tapılmış həmin taxta kitabənin təsviridir)








Rəylər




Rəy bildir