Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Hacı Şahin Həsənli: Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır


Müsəlman dünyası Allahın sonuncu elçisi həzrət Məhəmmədin (s) mövlud günlərini qeyd edir.

Peyğəmbərimizin (s) göz açdığı dünya ziddiyyətli idi. Həmin dövrü "qaranlıq əsrlər" yaxud "cahiliyyət" adlandırmağımız onunla bağlıdır ki, həmin dövrü bugünümüzlə müqayisə edirik. Lakin elə həmin dövrdə yaşasaydıq, qarşımızda ehtişamlı şəhərləri, qüdrətli orduları, işlək idarəçilik sistemləri ilə dünyaya meydan oxuyan böyük sivilizasiyaları, imperiyaları görərdik. Amma bütün bu cah-cəlal və qüdrət arxasında gizlənmiş insan faciəsi Peyğəmbərimizin (s) zühuru ilə üzə çıxdı. Unudulmuş səhralıqdan çıxan bir peyğəmbər insanlığın düşdüyü mənəvi böhrandan çıxış yolu göstərdi. Sükuta qərq olmuş tarix canlandı.

Bu gün də insanlıq faciəsi təm-təraqlı görüntü arxasında gizlənib. Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır. Peyğəmbərimizin (s) ilk addımı Mədinədə müxtəlif din və millət mənsublarını bir araya gətirməsi oldu. "Hansı qibləyə üz çevirməyinizdən asılı olmayaraq, xeyir işdə bir birinizlə yarışın", "hansı əqidəyə mənsub olsanız da, insani fitrətinizə söykənin", "nə qədər fikir ayrılığınız olsa da, ümumi dəyərlər axtarın" prinsipləri hakim idi onun rəhbərlik etdiyi cəmiyyətdə. Bütün bunlarla, əslində islam ümmətinin inkişaf strategiyasını təyin etdi peyğəmbərimiz(s).

Həzrət Məhəmməd(s) bəşəriyyətə qənim kəsilən zülmə məhz bu yolla meydan oxudu. Günümüzdə də, bu prinsipləri ilk olaraq müsəlmanlar öz aralarında bərqərar etməli və dünyaya nümunə olmalıdırlar.

Aləmlərə rəhmət olaraq göndərilən bir peyğəmbərin mövlud günləridir. Hamınızı təbrik edir, Peyğəmbərimiz (s) kimi mərhəmət mənbəyi olmağı, dünyaya işıq saçmağı arzu edirəm!

Hacı Şahin Həsənli




Rəylər




Rəy bildir