Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Quranda yer alan bəzi dualar


...رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ


"Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə yaxşılıq ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır." (Bəqərə, 201).

İzah: Burada Quranda yer alan bəzi duaları diqqətinizə çatdırırıq. Bu dualar həm bizə dua zamanı ilk növbədə nələri nəzərə almağı öyrədir, həm də duanın qaydalarını, Allahı necə səsləmək lazım olduğunu bəyan edir. Bunu da qeyd etmək lazımdır ki, namazın qunutunda Quran dualarını oxumaq müstəhəbdir.

Ən məşhur Quran duası yuxarıdakı duadır. Bu dua mənaca bütün maddi və mənəvi hacətləri ehtiva edən geniş bir duadır. Dua qaydalarından biri də Allahın bağışlayan və rəhmət sifətlərini qeyd etmək, xüsusilə əvvəlində “ربنا” (rəbbəna) ifadəsindən istifadə etməkdir.

Əksər Quran duaları bu müraciətlə başlayır. Çünki Rəbb sifəti üzərində dayanmaq, onu iqrar etmək özü bir növ duanın məqsədini ifadə edir və ehtiyacı bildirir. Təbii ki, bəndələrin zəruri ehtiyaclarını aradan qaldırmaq Rəbbin üzərinə düşən işlərdən biridir.




Rəylər




Rəy bildir