Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Ailəni mehriban və möhkəm edən əməllər


Qadınla kişi ailə quraraq, ailənin təməlini atmış olarlar. Ancaq bu təməlin möhkəm olması üçün bəzi əməlləri yerinə yetirmək lazımlıdır. Onlar ilə tanış olaq:

1. Hədəfə malik olmaq. Həyatda hədəfi olan insanlar həmişə müvəffəq ola bilirlər. Ailədə hədəf – hüzura çatmaq olmalıdır.

Ərlə arvad bir yerdə çalışmalıdır ki, ailədə hüzurun yaranmasına yardım etsinlər. İrəli gələn çətinlikləri bir yerdə həll etsinlər.

2. Ümidvar olmaq. Səy göstərmək – ümidin məhsuludur. Ümidvar olmaq – ailə təməlini möhkəm edən amillərdən biridir.

Müvəffəq ailə – o ailədir ki, ruhdan düşməz və bir-birinin yanında ümidvar halda səy göstərər.

3. Bir-birini başa düşmək. Cütlər gərək bir-birini başa düşsünlər. Hər dəfə çətinliyə düşən zaman bir-birini ittiham etməsinlər.

Əksinə, mehriban şəkildə həmin mövzunu həll etməyə səy göstərsinlər.

4. Söhbət etmək. Müvəffəq ailənin sifətlərindən biri də söhbət etməyi bacarmaqdır. Eşidən qulağa malik olmaq – söhbət etməyin ən mühüm məharətlərindəndir.

5. Üzr istəmək. Ailədə üzr istəməyi bacarmaq lazımdır. Hər kim üzr istəməyi bacararsa, onun ailə bağı möhkəm olar.

6. Məhəbbət göstərmək. Bir-birini mehriban səsləmək, bir-birinə ehtiram qoymaq – müvəffəq ailənin sifətlərindəndir.

7. Ailə işlərində iştirak etmək. Ailənin hər üzvü evin işində müştərək şəkildə iştirak etməlidir. İstər yemək hazırlamaq olsun, istər ev yığışdırmaq olsun.

Bu işləri ancaq qadının boynuna qoymaq olmaz.

8. Mənəvi işlərə diqqət göstərmək. O ailə müvəffəq ola bilər ki, ibadət əhlindəndir, namaz qılır, oruc tutur...

Mənəvi bir ailə bir-birinə qarşı məsuliyyət hiss edər və Allahdan çəkinər. Ona görə də bu ailənin bağları möhkəm olar və ailədə həmişə mənəvi ab-hava olar.

Uca Allah ailələri daha da möhkəm etsin, subaylara təqvalı həyat yoldaşları nəsib etsin!




Rəylər




Rəy bildir