Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Lavandanın möcüzəli təsirləri ilə tanış olun


Lavanda otu qaraciyər üçün xüsusi ilə faydalıdır. Qaraciyərin yenilənməsinə kömək edən lavanda həkim nəzarətində istifadə edildiyi sürətlə müsbət nəticə verə bilir. Bu şəfa mənbəyini evinizdən əskik etməyin.

Lavandanın faydaları:

Qaraciyər çatışmazlığı, qaraciyərin sirrozu, hepatit B və hepatit C xəstəliklərinin müalicəsində lavanda otu müsbət təsir göstərir. Müalicəyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşməyi unutmayın.

Aromaterapiyada əzələlərin rahatlaşmasında istifadə edilir. Aromaterapiya olaraq yorğunluq və depressiya hallarında, dəri problemlərində də istifadə edilir.

Yastığa bir neçə damcı lavanda əsaslı yağ tökün. Bu, yuxusuzluq probleminin ən yaxşı həllidir.

Psixoloji xəstəliklərin müalicəsində də lavanda cövhərindən və ya lavanda çayından istifadə edilir. Sakitləşməyə kömək edir.

Lavanda yağı xroniki baş ağrılarını da yüngülləşdirir. Bunun üçün lavanda yağı ilə başınızı yüngülcə masaj edin.

Sədəf kimi dəri xəstəliklərinin müalicəsində də lavanda öz möcüzəvi təsirini göstərir.

Lavanda yağı dərini canlandırır və təzələyir. Həmçinin dərini sakitləşdirir. Kosmetikada əsasən saç tökülmələrində, yanıqlarda, ekzemada, quru dərilərdə, günəş yanıqlarında istifadə edilir, sızanaq problemini həll edir.

Saç dərisi ilə bağlı problemləri yaxşılaşdırmaq üçün müdhiş dezinfeksiyaedici təsiri olan lavanda çayından istifadə edin.

Doğuş sancıları və menstruasiya dövründə sancın lavanda yağını aromaterapiya effektindən bəhrələnin.

Boğaz infeksiyaları, qrip, öskürək, soyuqdəymə, astma, bronxit, göy öskürək, larengit, tonsillit kimi müxtəlif tənəffüs problemlərinin müalicəsində lavanda yağından istifadə edilir.

Lavanda çayının resepti

Bir stəkan suya iki çay qaşığı lavanda əlavə edin. Zəif odda qaynayana qədər qızdırın. Su qaynadıqdan sonra odun altını söndürüb on dəqiqə dəmlənməsini gözləyin. Lavanda çayı soyuduqdan sonra süzüb için.

İbrahim Saraçoğlu bildirir ki, lavandanı hepatit B və hepatit C üçün 4 dəqiqə, qaraciyər yağlanmasının müalicəsi üçün 10 dəqiqə, qaraciyər çatışmazlığı üçün isə 15 dəqiqə qaynatmaq lazımdır.




Rəylər




Rəy bildir