Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Hz. Hüseynin (ə.s) adı Allah (c.c) tərəfindən qoyulub


Hz. Peyğəmbər Hz. Həsən (ə.s) və Hz. Hüseynə (ə.s) ad qoymaq üçün onlara gedərkən Cəbrayıl nazil olaraq Allahın (c.c) doğulan uşaqlara hansı adların qoyulmasını istədiyini bildirdi.

“Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) adlarının qoyulması ilə bağlı Əsma binti Amisdən belə bir rəvayət nəql olunur:

“Fatimə (ə.s) Həsəni dünyaya gətirdikdən sonra Rəsulullah (s.a.a.s) mənə buyurdu: “Ey Əsma! Uşağımı mənə gətir.”

Mən də Həsəni (ə.s) sarı bez parçasına bükərək Ona verdim. Bunu görən Rəsulullah (s.a.a.s) buyurdu: “Mən sizi, yeni doğulan uşaqları sarı parçaya bürüməməyiniz üçün tənbeh etmədimmi?”

Mən də dərhal Həsəni ağ parçaya bükərək Rəsulullaha (s.a.a.s) geri qaytardım. O, Həsəni götürüb sağ qulağına azan, sol qulağına isə iqamə oxudu.

Sonra Əliyə buyurdu: “Oğlumun adını nə qoydun?”

Əli (ə.s) dedi: “Ona ad qoymaqda səni qabaqlamaq istəmədim.”

Bunu eşidən Rəsulullah (s.a.a.s) belə buyurdu: “Mən də körpəyə ad qoymaqda Rəbbimdən qabağa keçməyəcəm.”

Bu zaman Cəbrayıl (ə.s) onlara müjdə vermək üçün enərək dedi: “Ey Muhamməd! Rəbbin sənə salam göndərir və belə buyurur: Əlinin sənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Ancaq səndən sonra peyğəmbər yoxdur. Oğluna Harunun oğlunun adını ver.”

Peyğəmbər (s.a.a.s), “Harunun oğlunun adı nə idi, ey Cəbrayıl?” – deyə soruşdu.

Cəbrayıl (ə.s) cavabında: “Harunun oğlunun adı Şəbər idi” – deyə buyurdu.

Peyğəmbər (s.a.a.s), “Mənim dilim ərəb dilidir, bu ad ərəbcə necə səslənir?” – deyə soruşdu.

Cəbrayıl (ə.s) buyurdu: “Adını Həsən qoy.”

Rəsulullah (s.ə.v) da onun adını Həsən qoydu.

Hz. Hüseynə ad qoyan zaman da eyni hadisə təkrarlandı. Cəbrayıl (ə.s) enərək Hz. Harunun oğlu Şübeyrin adını ərəb dilində Hüseyn olaraq uşağa qoyulmasını əmr etdi. Rəsulullah (s.ə.v) da uşağın adını Hüseyn qoydu.”




Rəylər




Rəy bildir