Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

İmam Museyi Kazımın (ə.s) mövludu


Allah (c.c) tərəfindən seçilmiş imamlardan yeddincisi İmam Musa ibn Cəfər, yəni İmam Museyi Kazımdır (ə.s). İmam Museyi Kazım (ə.s), İmam Cəfər əs-Sadiqin (ə.s) oğlu və İmam Rzanın (ə.s) atasıdır.

Hicri 128 tarixində Rəbiül-Əvvəl ayının 6-sında Məkkə ilə Mədinə arasında yerləşən Əbva kəndində dünyaya təşrif edib. İmaməti otuz beş il davam edib.

Orta boylu, qara saçlı və çox əsmər idi. Gözəl üzlü bir insan idi. Hələ kiçik bir uşaqkən, danışmağa başladığında atası İmam Cəfər (ə.s.) Əfəndimiz onun haqqında, “Səni ataların xələfi, oğulların sevinci və yoldaşlarının əvəzi edən Allaha həmd olsun” buyurub.

İmamın (ə.s) məşhur ləqəbi olan Kazım, qarşılaşdığı əziyyətlərə və pis rəftara baxmayaraq qəzəbini ram edən mənasını daşıyır. Bədəni çox ibadət etməkdən zəif və incə idi.

Zindanda keçən günləri də daxil olmaqla, ömrünün mübarək zamanlarını hər an ibadətlə və insanları Haqqa (c.c.) dəvətlə keçirtmiş, zindanda yanına gələnləri maarifləndirmiş və Ona verilən sualları cavablandırmışdır. İmam Kazımın (ə.s) zindandakı illəri barəsində şəxsi şərhi isə belədir:

“Allahım! Sən də bilirsən ki, mən daha yaxşı ibadət edə bilmək üçün Səndən uyğun bir yer istəmişdim. Mənə bunu nəsib etdiyin üçün Sənə şükürlər olsun”.

Ataları İmam Muhamməd Baqir (ə.s) və İmam Cəfərin (ə.s.) meydana gətirdiyi Əhli-Beyt məktəbi Onun dövründə qorunmuş və inkişaf etdirilmişdir. İmamiyyə fiqhinin bir çox mövzudakı görüşü İmam Kazımdan (ə.s) gələn hədislərə və rəvayətlərə əsaslanır.

Allah şəfaətlərindən ayırmasın!




Rəylər




Rəy bildir