Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

İmam Cavadın (ə) həyatına qısa bir baxış


Rəcəb ayının 10-u, yəni Fevral ayının 22-i imam Cavadın (ə) doğum günüdür və elə bu münasibətlə oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır.

Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır.

O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.” (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.)

İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır.

İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. (“Üsuli-kafi”, c.1, səh.492.)

İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi.

Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər.

Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi.

Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi.

İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü.

Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi. (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.)

İMAM CAVADIN (Ə) ÖVLADLARI

İmam Cavad (ə) Məmun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı:

1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran; 5. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh.446.)

Şeyx Müfid isə özünün “İrşad” kitabında imam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.




Rəylər




Rəy bildir