Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Savabı 10 həccə bərabər olan əməl


İnsanın süqut etməsinə mane olan amillərdən biri də insanlara xidmət etməkdir ki, Quranın nəzərinə görə namazla eyni sırada qərar tutur.

Quran namazı və insanlara infaq etməyi eyni sırada qərar verib, hər ikisinə də əmr etmişdir. Namazı qılmağa hər nə qədər dəvət etmişdirsə, insanlara xidmət etməyə də o cür dəvət edir.

Quran təlimində Allahın yaratdıqlarına xidmət etmək çox sayda savaba və dəyərə malikdir. Hətta bəzi hədislər insanlara xidmət etməyi çox sayda müstəhəb əməllərdən, eləcə də müstəhəb həcc və ümrədən üstün hesab etmişdir.

Səhabələrdən biri nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki. buyurub: “Hər kim Allahın evini təvaf edər, Allah Təala ona 6 min həsənə yazar, 6 min günahını bağışlayar və ona 6 min dərəcə əta edər.

Onun 6 min hacətini yerinə yetirər. Bir möminin düyününü açmaq bu təvafın on bərabər fəzilətinə malikdir””.

Mərifət əhli və İlahi övliyalar məxluqlara xidmət etməyi həmişə dərk etmiş və ona görə də əgər bir gecə-gündüz xəlqə xidmət etməsəydilər, sanki nəyisə itirmiş kimi olardılar.

Hətta mərifət əhli yağış və qar yağan zaman heyvanlara görə çox nigaran olarlar ki, ac və pənahsız qalıblar.

İnsan uçmaq üçün iki qanada ehtiyac duyar. Birinci qanadı - Allahla rabitədir və ikinci qanadı isə insanlarla rabitədir. Hər kim bu iki rabitədən bəhrələnərsə, uça bilər.

Quran da bu rabitələrin zəruri olduğunu vurğulayaraq, buyurur: “O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır”. (“Loğman” 4).

“Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır”. (“Tövbə” 18).

Əgər insan bu dünyada və axirətdə saədət əhlindən olmaq istəyirsə, kamala çatmaq istəyirsə gərək ilk növbədə namaz, oruc, həcc, xüms, zəkat və başqa vacibatlarla Məbudla rabitə qursun.

İkincisi isə infaq vasitəsilə Allahın məxluqları ilə rabitə yaratsın. Yəni hər şeyi həm özünüz və həm də başqaları üçün istəyin, Allah bəndələrnə xidmət edin.

İslamın əhkam və əməlləri təsbihin daşları kimi bir-birinin yanında düzülmüşdür. Əməldə bəzi göstərişləri başqasından ayırmaq olmaz.

Quran buyurur: “Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir”. (“Bəqərə” 85).

Namaz qılmaq, gecə namazına əhəmiyyət vermək, həcc, ümrə Allahla rabitədir, çox savaba malikdir. Lakin kifayət deyildir.

Bununla yanaşı, gərək insanlara da xidmət edəsən. Hətta bəzi hədislər buyurur ki, insanlara xidmət etməyin savabı bəzi ibadətlərdən daha çoxdur.

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Möminin hacətini yerinə yetirmək bütün ədəbi ilə yerinə yetirilən və qəbul olan min həccdən üstündür”.

Ona görə də mömin gərək həm Allahla rabitəsini möhkəm etsin və həm də eqoist olmasın. Yalnız özünü düşünməsin, ətrafına nəzər salsın.

Ehtiyacı olanları, yardıma möhtac olanları görməyə çalışsın. Əks halda ibadətləri bada gedər və axirətdə əzaba düçar olar.




Rəylər




Rəy bildir