Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Kirvənin qızı ilə evlənmək olmaz?


Ümumiyyətlə, İslamda kirvə anlayışı yoxdur. Bildiyimizə görə, kirvə - oğlan uşağının sünnət mərasimi zamanı uşağı tutan və sünnət olunmasına kömək edən adam deməkdir.

Kirvə yad adam da ola bilər, qohum da. Azərbaycanın bəzi bölgələrində oğlanın dayısı kirvəlik edir.

İnsana məhrəm olan şəxslərin kimliyi Allahın müqəddəs kitabı olan Qurani-kərimdə və Peyğəmbərin mübarək sünnəsində öz əksini tapıb.

Bunların arasında kirvə və onun qohumları ilə bağlı heç nə deyilmir.

Amma xalq arasında belə bir ənənə formalaşıb ki, oğlan öz kirvəsinin qızı ilə evlənə bilməz. Bu cür fikirlərin dinimizlə heç bir əlaqəsi yoxdur.

Bir şəxsin bir oğlan uşağına kirvəlik etməsi onların və qohumlarının arasında məhrəmlik yaranmasına səbəb olmaz.




Rəylər




Rəy bildir