Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Bundan daha çox mənfəətli ticarət vardırmı? – Ayətullah Məkarim Şirazi tərəfindən Rəcəb ayının duasının şərhi


“Rəcəb ayı – çox böyük fəzilətə malik olan aylardan biridir. Xüsusi üstünlüyə malikdir. O yerə qədər ki, Rəcəb ayını “Allahın ayı” adlandırmışdılar.

Bu ayda edilən ibadətin və özünü islah etmənin təsirləri fövqəladə əhəmiyyətə malikdir.

Bu ayın əməllərindən biri – Rəcəb ayının duasıdır ki, möminlər adətən onu vacib namazlarından sonra oxuyarlar.

Hədisləri toplayan bütün alimlərin nəzərinə görə, bu dua – çox fəzilətli duadır və onu Rəcəb ayının həm gündüzündə oxumaq olar, həm də axşamında.

Hər bir duanın mənası vardır. İmam Sadiqdən (ə) nəql olunan bu hədisdə deyilir: “Seyyid ibni Tavus nəql edir ki, İmam Sadiqə (ə) dedim:

“Bu ay – Rəcəb ayıdır. Mənə elə bir dua öyrədin ki, Allah Təala mənə ona görə mənfəət versin”.

İmam (ə) buyurur: “Yaz: “Bismilləhir-Rahmənir-Rahim!

Rəcəb ayının həm gecə və həm də gündüzündə hər namazdan sonra de:

يا مَنْ اَرْجُوهُ لِكُلِّ خَيْر

وَآمَنَ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ

يا مَنْ يُعْطِي الْكَثيرَ بِالْقَليلِ

يا مَنْ يُعْطي مَنْ سَأَلَهُ

يا مَنْ يُعْطي مَنْ لَمْ يَسْأَلْهُ وَمَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَرَحْمَةً

اَعْطِني بِمَسْأَلَتي اِيّاكَ جَميعَ خَيْرِ الدُّنْيا وَجَميعَ خَيْرِ الاْخِرَةِ

وَاصْرِفْ عَنّي بِمَسْأَلَتي اِيّاكَ جَميعَ شَرِّ الدُّنْيا وَشَرِّ الاْخِرَةِ

فَاِنَّهُ غَيْرُ مَنْقُوص ما اَعْطَيْتَ

وَزِدْني مِنْ فَضْلِكَ يا كَريمُ.

“Yə mən ərcuhu li kulli xayr. Və əmənu səxatahu ‘ində kulli şərr.

Yə mən yu’til-kəsira bil-qalil.

Yə mən yu'ti mən sə-ələhu,

Yə mən yu’ti mən ləm yəs'əlhu, və mən ləm yə’rifhu, təhənnunən minhu və rahməh.

Ə’tini biməs’ələti iyyəkə, cəmi’ə xayrid-dunyə və cəmi’ə xayril-əxirah.

Vəsrif ənni biməs’ələti iyyəkə, cəmi’ə şərrid-dunyə və şərril-əxirah.

Fə innəhu ğayru mənqusin mə ə’taytə, və zidni min fazlikə yə kərim”

“Bağışlayan və Mehriban Allahın adı ilə!

Ey o kəs ki, hər şeyə görə Sənə ümidvaram. Hər bir şərə görə Sənin qəzəbindən aman axtarıram.

Ey o kəs ki, az ibadətim qarşısında çox savab verirsən.

Ey o kəs ki, hər kim Səndən istəsə – əta edərsən.

Ey o kəs ki, ürəyin yandığı və rəhmətin üçün o kəs ki, Səni tanımamışdır və Səndən istəməmişdir – ona da əta edirsən.

Xahişim vasitəsilə Səndən istəyirəm ki, dünya və axirət xeyrini mənə əta edəsən. Dünyanın və axirətin bütün şərini məndən uzaq edəsən.

Şübhəsiz ki, o şeyi ki, Sən əta edirsən – nöqsansız və kamildir. Fəzilətindən mənə artır, ey bağışlayan”.

Sonra Həzrət mübarək saqqalını sol əli ilə tutdu və sağ əlinin şəhadət barmağını hərəkət etdirməyə başladı. Yalvaran halda bu duanı oxudu. Sonra dedi:

يا ذَا الْجَلالِ وَالاْكْرامِ

يا ذَا النَّعْمَاءِ وَالْجُودِ

يا ذَا الْمَنِّ وَالطَّوْلِ

حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

“Yə zəl-cələli vəl-ikram. Yə zənnə’mə-i vəl cud.

Yə zəl-mənni vəttavl. Hərrim şəybəti ələn-nər...”.

Şübhəsiz ki, insan qəlbində ümid nuru yandırar. O kəs ki, düa əhlidir və Allaha söykənir – bütün həyat çətinliklərinə baxmayaraq, istər maddi olsun, istərsə də mənəvi – əgər Allah dərgahına üz tutarsa və Onunla raz-niyaz edərsə, ümid nuru qəlbində dilçələr. Sanki yeni həyata qovuşar.

Duanın əvvəlində oxuyuruq ki, “ey o kəs ki, hər şey üçün Sənə ümidvarıq”. İnsan çalışır ki, Allahla raz-niyaz edərək, qəlb və canını günah çirkindən təmizləsin.

İnsanlığın ən üstün sifətlərini özündə yetişdirsin. Allahın qüdrət və əzəmətindən yardım istəyərək, ümidsizliyi özündən uzaqlaşdırar. O, İlahi qürb məqamına addım atar.

Bu sifət kamil möminlərin sifətidir ki, öz saleh əməlləri ilə Allahın lütfünə ümidvardırlar. Necə ki, Quran möminlərin halı barəsində buyurur:

“Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!”. (“Taha” 112).

O kəs ki, saleh əməl yerinə yetirər, o halda ki, imana malikdir – nə zülmdən qorxar və nə də haqqının kəsilməsindən.

Allaha ümid və imanın dərəcəsi o həddədir ki, insan saleh əməl yerinə yetirərək, ümid bəsləyər. Çünki yaxşı bilər ki, saleh əməl – ümid ağacının meyvəsidir.

Həmçinin ümidsiz olan saleh əməl – kökü olmayan ağacdır ki, ayaqda ancaq bir neçə gün qala bilər.

Bu səbəbdəndir ki, duada saleh əməl sözündən sonra mömin sözü gəlmişdir. Çünki saleh əməl əgər davamlı olmaq istəyirsə, gərək ümid bulağından sirab olsun.

Duada oxuyuruq ki, “ey o kəs ki, hər şey üçün Sənə ümidvarıq”. Bu, işlərini Allahın ixtiyarına qoymaq deməkdir.

Yəni, insan həm iş görər və zəhmət çəkər və həm də Allaha təvəkkül edər. Ona görə də işində ümdsiz olmaz və bütün əməllərinin sonunu Allaha tapşırar. Möhkəm əzmlə öz səyinə davam edər.

Əmirəl-möminindən (ə) gələn hədisdə oxuyuruq: “İmanın dörd sütunu vardır: Allaha təvəkkül, işlərini Ona tapşırmaq, İlahi qəzaya razı olmaq, Allahın əmri qarşısında təslim olmaq”.

Bu cür möminlər ümidvardırlar ki, bundan da alisi yoxdur. Ola bilsin elə ona görədir ki, bir iş haqqında yaxşı niyyətdə olmaq qadağan edilməmişdir, əsində pis niyyətdə olmaq qadağan edilmişdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “İşlərinizdə yaxşı niyyətə malik olun ki, (ümidvar olun) ona çatasınız”.

Səkkizinci Hicri ilinin məşhur alimlərindən biri öz yazılarında bu mövzuya toxunmuşdur və deyir: “Peyğəmbər (s) yaxşı yozumu sevərdi. (Yəni, bir iş haqqında yaxşı niyyətə malik olmağı sevərdi). Bu ona görədir ki, nə zaman insan Allahın fəzlinə ümidvar olar – xeyir yolunda addım atar.

Nə zaman Allahdan ümidini kəssə – şər yoluna düşəcəkdir. Pis yozum etmək – sui-zənnə səbəb olar. Bəla və bədbəxtliyə tərəf çəkilmək intizarına səbəb olar”.

Ona görə də bu dua buyurur ki, Allaha ümidvar olan insanın rəftarı, qəlbinə və əməlinə də uyğun olmalıdır. Çünki bu nurani duanın məzmunu belədir ki, dua edən insan gərək Allaha eşq bəsləsin, saleh əməl yerinə yetirməyin məsuliyyəti onun canında və ruhunda əyləşmiş olsun.

Bu yolla müti və təvazökar hal əldə edər. İmanlı aqil insanlar Allahın lütfü ilə, Allahla münacatda bu cür olmuşdular.

Rəcəb ayının məhşur duasının ardında oxuyuruq: “Hər bir şərə görə Sənin qəzəbindən aman axtarıram”.

Duanın bu hissəsində bildiririk ki, etdiyimiz bütün şər işlərinə baxmayaraq, yenə də Allahın lüftünə ümid bəsləyir və özümüzü Onun qəzəbindən amanda hiss edirik. Çünki Allah insanların naşükürlüyü qarşısında səbirlidir.

Hər kim Onun əmrinin əksinə əməl edərsə də, o anda cəzalandırmaz. Bəlkə insana öyrədər ki, gələcəkdə qalib gəlmək üçün, ilk olaraq insan özü-özünü tərbiyə etməlidir. Qəlbini günahdan yumalıdır.

İnsanın başına gələn bəla, öz əməlinin nəticəsi olar. Qiyamət gününün cəzası və əzabı – təbii ki, təbii əməlin təsirinə görədir. Daha aydın desək, insanların axirətdə çəkdikləri əziyyət və əzablarının səbəbləri bu dünyada etdiyi əməllərin nəticəsidir.

Əlbəttə, Allah insanlara tövbə fürsəti vermişdir. Amma Rəhim Allahın həlimliyinin də həddi vardır. O zamana qədərdir ki, əcəlləri gəlib çatmamışdır.

O zaman ki, əcəl gəlib çatar – Uca Allah bəndələrinə qarşı bəsir və görən olar. Həm onların əməllərini görər və həm də onların niyyətindən xəbərdar olar.

Həqiqətən, Allah günahkar bəndələrini o an cəzalandırmaz. Bəli, əgər Allahın rəhməti bizim halımıza şamil olmasaydı, atəş bizim pis işlərimizin içindən alovlanar və bizi də yandırardı.

Əgər Allahın rəhmət nuru bizim qəlbimizi aydınlatmasaydı, şeytan (lən) ordusu onu işğal edərdi.

Əgər Allah bağışlamazsa, heç kəs cəzadan amanda ola bilməz. Əgər cəzalar dalbadal nazil olsaydı – zəlzələlər, sellər, tufanlar sayəsində Yer kürəsi yaşamağa yararlı olmazdı. O zaman ki, insan məhv olar, qalan canlıların yaşamaq hədəfi də aradan gedər.

Duanın ardınca oxuyuruq: “Ey o kəs ki, kiçik itaətim qarşısında çoxlu mükafat bağışlayırsan!”.

Bu cümlə Allah bəndələrinin mükafatlarının fərqli olmasına işarə edilmişdir. Belə ki, Allah bəndələrinə hər nə qədər çox əta edərsə, yenə də Allahın əzəmətli mükafatları qarşısında azdır.

Quran buyurur: “Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır” (“Ənam” 160).

Bu ayə onu bildirir ki, Allah Təala insanlar kimi deyildir ki, nə qədər əməl görüblərsə, bir o qədər də mükafat versin. Əslində Allah əməlləri elə mükafatlandırır ki, onun on qatı qədər olur.

Əlbəttə, təəccüb yeri yoxdur ki, Allahın əzəməti və rəhmətinin böyüklüyü o qədər çoxdur ki, bütün bunlar Rəcəb ayında bəndələrin daha çox yaxşı əməllər görməsi üçün təşviqlərdir.

Bu kiçik dualar onu bəyan edir ki, bəndələrin itaəti və dünya nemətləri baxmayaraq ki, az olsa da fanidir. Ancaq böyük mükafatlara çatmaq vasitəsi ola bilər. Bundan daha çox mənfəətli ticarət vardırmı?”.




Rəylər




Rəy bildir