Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Günahkar insanın təqvası olurmu?


Qurani-Kərim buyurur ki, ancaq təqva əhlindən qəbul edəcəkdir. Əgər belədirsə, o kəs ki, təzə dinə gəlmişdir və təqvası zəifdir, onun əməllərinin nəticəsi necə olacaqdır?

Hədislərdən belə nəticəyə gəlmək olur ki, təqvanın mərtəbə və dərəcələri vardır. İmam Sadiqin (ə) nəzərinə görə təqva 3 növdür:

1. Allah Təala yolunda olan təqva – yəni halal olanı da tərk etmək.

2. Allah qorxusundan olan təqva – yəni harama bənzər əməlləri tərk etmək.

3. Allah əzabının qorxusundan olan təqva – yəni haramları tərk etmək.

Təqvanın birinci növü – xas olan insanların sifətidir. Allahın seçilmiş bəndələrinin sifətidir.

Təqvanın ikinci növü – xüsusi təqvadır ki, suluk yoluna qədəm basan möminlərə aid edilir.

Təqvanın üçüncü növü – ümumi təqvadır ki, İslam dinində olan hər kəsə şamil edilir.

Təqva o saf suya bənzəyir ki, bulaqdan axar. Bu bulağın ətrafında müxtəlif rəngdə olan ağaclar və bitkilər olarlar.

Həmin sudan istifadə edərlər. Hər bir bitki öz ehtiyacı səviyyəsində ondan istifadə edər.

Ona görə də deyə bilərik ki, təqva nisbidir. Hər kəs günahdan və haramdan nə qədər çəkinərsə, bir o qədər təqvaya malik olar.

Bu səbəbdən Quranda buyurulur: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13).

Uca Allah təqva əhlindən qəbul etsə də, adi insanlar gərək buna görə məyus olmasınlar. Çünki təqvanın müxtəlif dərəcələri vardır.

Hətta günahkar insanların belə, təqvası vardır. Əks halda heç bir xeyir iş görməzdilər.

İkincisi isə əməllərin qəbul olmasının da dərəcələri vardır.

a) Layiqli şəkildə qəbul olmaq. “Həqiqətən, sizin Allah yanında ən – hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Ali-İmran” 37).

b) Yaxşı şəkildə qəbul olmaq. İmam Sadiq (ə) buyurur: “Allahım, bizdən ən yaxşı şəkildə qəbul et!”.

Beləliklə, deyə bilərik ki, hər kəsin əməli, təqvasının dərəcəsinə əsasən qəbul olunar. Ona görə də insanlara verilən savab və mükafatlar da fərqlidir.

Allah ona görə buyurur: “Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu, özünüz üçün daha yaxşıdır”. (“Təğabun” 16).

Yəni, təqvamız nə qədər çox olarsa, əməllərimiz də bir o qədər çox qəbul olar.




Rəylər




Rəy bildir