Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Axirət üçün yığılan ən pis ehtiyat nədir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 221-ci xütbəsində buyurur: “Axirət üçün ən pis ehtiyat – (Allah) bəndələrinə zülm etməkdir”.


Dünya elə bir yerdir ki, hər kəs onda bir qədər qalıb, sonra tərk edər. Hər kəs axirəti üçün azuqə və ehtiyat toplayar.


Allah Təala, möminə axirət üçün ən yaxşı ehtiyatın təqva olduğunu bəyan etmişdir: “Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır”. (“Bəqərə” 197).


Ancaq bəzi insanlar ən yaxşı ehtiyat yerinə, ən pis ehtiyatı toplamaqla məşğul olurlar ki, bu da onlara ziyandan başqa bir şey gətirmir. 


İnsanın yerinə yetirdiyi hər bir günah – zülmdür, həm başqalarına və həm də özünə etdiyi zülmdür.


Əgər insan zülm edərsə, bu günahı ancaq tövbə ilə yuya bilər. Əslində azuqə və ehtiyat elə bir şey olmalıdır ki, səfərə çıxan insana bu yolda yardım etsin və ona məqsədinə çatmaq üçün kömək etsin. 


Əgər insan bu səfər azuqəsi yerinə, yəni yeyəcək və içəcək yerinə bir ovuc torpaq götürərsə, o zaman həmin səfərdə ac qalar və həlak olar. 


Ona görə də insan hələ dünyada olan zaman ehtiyat gördüyü axirət azuqəsinə diqqət etməli və onun ən yaxşısını seçməlidir. Pisindən çəkinməlidir. 


İmam Əli (ə) buyurur: “O zülm ki, heç bir zaman boş buraxılmaz – o zülmdür ki, bəndələr bir-birinə edirlər. Onun qisası orada şiddətlidir. Bu qisas bıçaqla yaralamaq və ya şallaqla vurmaq kimi deyildir”.


Istinad: Ahlibeyt




Rəylər




Rəy bildir