Sübh
00:00
Zöhr
00:00
Əsr
00:00
Şam
00:00
Xiftən
00:00


Sual & Cavab
Dua
Peyğəmbərimiz
Əhli-Beyt
Namaz
Xutbələr
Hədis
Zikrlər
Əqidə
Şəriət
Əxlaq
Elm
Ailə
Tarix
Aktual
Araşdırmalar
Uşaqlarınıza oxuyun
İmamət
Müqəddəs

Qul haqqı ilə Allahın hüzuruna gələnlərin aqibəti necə olacaq?


İnsan Mütəal Allahın yer üzündə xəlq etiyi milyonlarla varlığın biridir. Həm də, bu milyonlardan ən ağıllısı.


İnsan bu ağıl yükünü qəbul etməklə həm şərəf əldə edir, həm də məsuliyyət! İnsanın öhdəsinə aldığı məsuliyyətlər ümumi formada 3 hissədən ibarətdir:


-Haqqul-Allah,


-Haqqun-nass


-Haqqu-nəfs.


Birinci insanın rəbbini tanıması və öhdəlikləri qarşısında itaətkar olması, ikinci insanlar qarşısında öhdəlikləri və onlara riayət etməsi, üçüncü isə əmanət olaraq öz canına olan öhdəlik və vəzifələrini ehtiva edir.


Söhbətimizin mövzusu başqa insanların haqqına girib, onlara zülm edən sonra isə tövbə edən insanın necə bağışlanmasıdır. Bu insanlar necə bağışlanacaq ki, halbuki onlar başqalarına zülm ediblər?


Bəli! Başqasına zülm etmək günahdır. Həm də günah olmaqla yanaşı başqasının haqqına təcavüz və qəsbdir. Hədislərə və alimlərin izahlarına əsasən həqiqi tövbə edən şəxsin günahlarını Allah bağışlayır. 


Amma Quranın hər kəsi ədalətə dəvət etdiyini nəzarə alsaq ədalətin ən əsas şərti budur ki, hər kəsin haqqı özünə qaytarılsın. Bu əsasla qiyamətdə insanların haqları alınıb özlərinə qaytarılacaq. 


Bu da o deməkdir ki, insan günah etməklə Allahın təyin etdiyi həddi aşır. Tövbə etdikdə isə Allah onu bağışlayır. Lakin günah etdiyi sırada başqalarına zülm edibsə, onların haqqını qaytarmalıdır və halallıq almalıdır. Əks halda bunu axirətdə etməli olacaq.


İmam Əli (ə) bu barədə buyurub: “Haqq hesab günü zalimin məzluma zülm etdiyi gündən daha şiddətli olacaq.”


İmam Baqir (ə) buyurub: “Məzlum öz haqqını zalimdən alacaq. Bu almaqlığ zalimin ondan aldığından daha şiddətli olacaq.”


Həmçinin İmam Baqir (ə) buyurub: “Dünyadakı zülm, axirətdə zülmətdir.”


Hədis və alimlərin izahlarından aydın olur ki, Allah insanın günahını bağışlasa belə insanlar bir-biri ilə halallaşmalıdırlar. Məzlumun haqqını qaytarmalıdırlar. Bu ədalətdir!





Rəylər




Rəy bildir